“Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurdular

 Premyer Liqasının 23-cü turunun “Zirə” - “Neftçi” matçı qonaqların iki futbolçusu - Rəşad Sadiqov və İqnasio Errera üçün əlamətdar olub.

 

Sportinfo.az xəbər verir ki, zirəlilərin qapısına hərəyə bir dəfə yol tapan futbolçular “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar.

 

Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədilər.

 

Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev isə “Neftçi” formasında Premyer Liqada 10 qola seviniblər.

Tarix: 16 Aprel 16:48    Oxunub: 332    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.