Baş hakimin "Qaradağ" rəhbərliyinin otağında nə iti azıb?

I Divizionda mövsüm başa çatmaq üzrədi.

 

Yekuna cəmi 4 tur qalıb.

 

Baş məşqçi dəyişikliyinə gedən «Zaqatala» qış fasiləsindən sonra nisbətən özünə gəlib. Rüstəm Məmmədovu sükan arxasına gətirən əyalət təmsilçisi son turda lideri büdrədib.

 

«Qaradağ Lökbatan»ın qonağı olan şimallılar 16-cı dəqiqədə hesabı açıb. Elvin Həsənov ev sahiblərini mərkəzə dəvət edib. 43-cü dəqiqədən etibarən «Zaqatala» azlıqda qalıb. 

 

Baş hakim Fərid Məmmədov Nicat Muxtarovu 2 sarı vərəqədən dolayı meydandan uzaqlaşdırıb. Gənclər yığmasının eks yarımmüdafiəçisi öncə referinin qərərarına etiraz, ardınca onu aldatmağa cəhdə görə qırmızı vərəqə alıb.

 

QL fasilədən sonra hesabı bərabərləşdirməyə səy eləsə də, yalnız 90+2-ci dəqiqədə istəyinə çatıb. Ruslan Poladov komandasını məğlubiyyətdən, Həbib Ağayevi vəzifəsindən qovulmaqdan qurtarıb. 

 

Sportinfo.az-ın məlumatına görə, «Zaqatala» tərəfi idarəçilikdən kəskin narazı qalıb.

 

Onları hiddətləndirən baş hakim F.Məmmədovun fasilədə «Qaradağ» rəhbərliyinin olduğu otaqdan çıxmasıdı.

 

Qonaqlar əmindi ki, referi ikinci hissəylə bağlı təlimat alıb və oyunun qalan bölümünü birtərəfli idarə edib.

Tarix: 16 Aprel 17:12    Oxunub: 527    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.