Premyer Liqaya vəsiqə qazanan ilk komanda bilindi

İngiltərədə Çempionşipdən Premyer Liqaya vəsiqə qazanan ilk komanda müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, “Vulverhempton” çempionatın 43-cü turunda "Birmingem Siti"yə 2:0 hesabıyla qalib gələrək xallarını 92-yə çatdırıb.

 

“Canavarlar” bununla da 6 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Çempionşipdə ikinci yeri tutan komanda da Premyer Liqaya birbaşa vəsiqə qazanacaq.

 

İkinci yer uğrunda "Kardiff Siti", "Fulhem" və "Aston Villa" gərgin mübarizə aparır. 3-6-cı yerin sahibləri isə pley-off oyunlarında 3-cü vəsiqəni müəyyən edəcəklər.

Tarix: 16 Aprel 16:12    Oxunub: 364    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.