Rüfət Dadaşovun yoxluğunda "Dinamo" məğlub oldu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “BSG Leytpsiq”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət zədə səbəbindən meydanda olmayıb. O, 4-6 həftəlik sıradan çıxıb. "Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 16 Aprel 16:00    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.