Buffona təklif göndərəcək

Argentinanın “Boka Xuniors” klubu “Yuventus”un qapıçısı Canluici Buffona maraq göstərir.

 

Sportinfo.az xəbər verir ki, “Boka Xuniors” 40 yaşlı qapıçı ilə 6 aylıq müqavilə bağlamaq niyyətindədi.

 

Argentina nəhəngi Libertadores kubokunun həlledici oyunlarında Buffonun təcrübəsinə güvənmək istəyir.

 

“Boka Xuniors” bu istəyini reallaşdırmaq üçün 2013-15-ci illərdə “Yuventus”un şərəfini qorumuş Karlos Tevesdən vasitəçi kimi yararlanacaq. Buffonun mövsümün sonunda “Yuventus”la müqaviləsi bitir.

Tarix: 16 Aprel 15:24    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.