Ən çox azarkeş “Kəpəz” - “Qarabağ” oyununda qeydə alındı

Topaz Premyer Liqasının 23-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, ən çox azarkeş “Kəpəz” - “Qarabağ” oyununda (0:1) qeydə alınıb.

 

Gəncə şəhər stadionunda keçirilmiş matçı 8000 tamaşaçı izləyib. Ən az azarkeş isə Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Səbail” matçında (1:1) olub - 250 tamaşaçı.

 

Digər oyunlardan Zirə idman kompleksində keçirilmiş “Zirə” - “Neftçi” qarşılaşmasını (0:3) 850, Sumqayıt şəhər stadionunda baş tutmuş “Sumqayıt” - “Keşlə” oyununu (2:1) isə 2500 azarkeş izləyib.

 

Ümumilikdə turun 4 matçını 11600 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 2900 tamaşaçı deməkdi.

Tarix: 16 Aprel 13:36    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.