Mahir Mədətov gecə həyatına fikir vermədi, “Qarabağ”dan uzaqlaşdırıldı!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.


21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.


M.Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb (qol.az).


Sport7.az  məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.


Bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı. Millinin üstündən. Belarusla oyundan öncəki toplantıya gecikdiyi üçün. Yatıb qalan müdafiəçi iclasa 2-3 dəqiqə yubanıb.


Sportinfo.az-ın məlumatına görə, Qurbanov Mədətova gecə həyatıyla bağlı xəbərdarlıq edib.

 

Baş məşqçiyə hardansa informasiya çatıb ki, hücumçu axşamlar müəyyən əyləncə məkanlarına, çay evlərinə yollanır və bir neçə saatını orda keçirir. Halbuki o, Mahirə saat 23:00-dan sonra şəhərə çıxmağı, restoranlarda dolanmağı qadağan edib. 


Gənc futbolçunun dəb həvəskarı olmasını bilən təcrübəli mütəxəssis ondan geyim-keçiminə fikir verməsini tələb edib.

 

Hətta bir dəfə Mahirin bazaya dizləri sökük cins şalvarla gəlməsini görərək, məşqə buraxmayıb. «Get, paltarını dəyiş» deyərək, evə qaytarıb.

 

Tarix: 16 Aprel 13:24    Oxunub: 764    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.