Samir Əliyevə "yuxarı" "qızıl dağlar" vəd verib

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 23-cü turunda "Qəbələ"ylə səfərdə matçdan (1:1) sonra mətbuat konfransı keçirib. 

 

- İki fərqli hissə oldu. İlk hissədə daha yaxşı oynadıq. Rəqib ikinci hissədə sistemi dəyişdi. Bu da başadüşüləndi. Bilirdik ki,"Qəbələ"nin qələbəyə ehtiyacı var. Ən azından uduzmamağa çalışırdıq. Düzdü, hesabda öndə olduq. Ancaq bundan sonra qol imkanlarımızdan istifadə edə bilmədik. Son 30 dəqiqədə rəqib güclü təzyiq etdi və sonda qol vurdu. Bu 1 xal da bizim üçün yaxşı nəticədi. 

 

Mövsümün ikinci yarısında "Qəbələ"yə uduzmadınız. "Qarabağ"a, güclülərə qarşı inamlı təsir bağışladınız. Mübariz komanda fornmalaşdırmısınız. Gələcəklə bağlı hədəfiniz necədi?
- Bu yaxında rəhbərliklə görüşümüz oldu. Gələcək planlarla bağlı söhbətləşdik. Düzdü, hələ 5 tur var. Ancaq iniddən gələcək üçün planlar qururuq. "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq.

 

Bu 1 xalı ad günü hədiyyəsi sayırsız?
- Açığı, matçdan əvvəl elə bir söhbətimiz olmamışdı. Əlbəttə, qələbə olsa, daha yaxşı idi. Ancaq bizim üşün hər xal vacibdi. Qalan 5 oyundan 4-nü evdə, sintetik qazonda oynayacağıq, Çalışacağıq ki, bu matçlarda xal ehtiyatımızı xeyli artıraq.  

 

Qapıda gözlənilmədən Elxan Əhmədova şans verdiniz. Ehtiyatda qalan təcrübəsiz qapıçının yaxşı oyunu ona gələn matçlarda da şans verməklə bağlı sizdə fikir formalaşdırdımı?
- Elxanı komandaya götürəndə potensialını bilirdik. Sadəcə, əsas heyətə qoymaqla bağlı tərəddüd ediridk. Əhmədov yaxşı çıxışıyla sübut etdi ki, əsas qapıçımız Emil Balayevdən geri qalmır. Gələcəkdə hər ikisinə şans verməyi düşünürük.

Tarix: 16 Aprel 11:48    Oxunub: 397    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.