Klublararası DÇ-nin formatı dəyişir - 4 ildən bir, 31 oyun...

FİFA klublararsı dünya çempionatının formatını dəyişəcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın prezidenti Canni İnfantino verib.

 

O bildirib ki, format dəyişkliyi 2021-ci ildən sonra baş verəcək. İlkin məlumata görə, format dəyişikliyindən sonra klublararası dünya çempionatı hər il yox, dörd ildən bir keçiriləcək və 31 oyundan ibarət olacaq.

 

FİFA bu turnirdən 650 milyondan 1 milyarda qədər gəlir götürməyi planlaşdırır. Turnirdə Çempionlar Liqasının və Avropa Liqasının son 4 ilinin qalibləri iştirak edəcək.

 

Cənubi Amerikadan 4 və ya 5, Asiya, Afrika və KONKAKAF-dan 2, Okeaniya zonasından isə 1 komandanın dəvət edilməsi planlaşdırılır. Turnirin gəlirlərinin 75 faizi iştirakçılar arasında bölünəcək.

Tarix: 16 Aprel 11:12    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.