Ermənistana Yaşar Məmmədov və Fərhad Kazımov səs verib

Dünən İrəvanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi bu yarışda iştirak etmir.


Lakin maraqlı bir nüans məlum olub. Ermənistan millisinin baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, çempionatın harda keçiriləcəyi müəyyən olunarkən, Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.


“Biz bu imkanı çətinliklə qazanmışıq“ - Navasardyan “Ermənistan xəbərləri” portalına deyib.

 

Sitat: “44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.


2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub.

 

Məhz orda Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər.

 

Beynəlxalq qılıncoynatma federasiyası virtualaz.org-un sorğusuna cavab verib. Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər

 

Hazırda Y.Məmmədov federasiyanın məsləhətçisi, F.Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.

 

2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Alişer Usmanovun dəstəyi ilə Y.Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.

 

Azərbaycan nümayəmndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.

 

Yeri gəlmişkən, Yaşar Məmmədov özü də “Facebook”dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.

Tarix: 16 Aprel 11:00    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.