Türkiyə TFF 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 0:5.
Ufuk görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçu hazırda müalicə alır. “Samsunspor” hazırda 34 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.