“Yuve”dən darmadağın, Roma derbisində heç-heçə - VİDEOLAR

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, lider “Yuventus” bazar günü evdə “Sampdoriya” ilə üz-üzə gəlib və 3 cavabsız qolla qalib gəlib.

 

Bazar günü həmçinin, bütün futbol dünyanın diqqət mərkəzində olan Roma derbisi də baş tutub.

 

“Əbədi şəhər”in iki əzəli rəqibi - “Latsio” və “Roma” hər iki komandaya doğma olan “Olimpiko”da münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə qapılara qol vurulmayıb.

 

“Milan” isə “Yuve”nin çempionluq yolunda ən yaxın izləyicisi “Napoli”ni qəbul edib. Bu qarşılaşmada da hesab açılmayıb.

 

Kalyari - Udineze 2:1
Qol: Pavoletti, 21. Çeppitelli, 84 - Lasanya, 10.

Kyevo - Torino 0:0

Atalanta - İnter 0:0

Cenoa - Krotone 1:0
Qol: Bessa, 28.

Fiorentina - SPAL 0:0

Milan - Napoli 0:0

Bolonya - Verona 2:0
Qol: Verdi, 31. Naqi, 90.

Yuventus - Sampdoriya 3:0
Qol: Mandzukiç, 45. Hövedes, 60. Xedira, 75.

Sassuolo - Benevento 2:2
Qol: Politano, 41; 64 - Diabate, 22; 73.

Latsio - Roma 0:0


 - - -

 

Tarix: 16 Aprel 10:24    Oxunub: 556    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.