Çempiona 7 qol vurub, 7-ci dəfə çempion oldu - VİDEOLAR

Fransa çempionatında 33-cü tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son oyun günündə üç görüş keçirilib.

 

"Monpelye” doğma meydanda “Bordo”ya uduzub. Marsel “Olimpik”i də “Trua” üzərində qələbəyə sevinib.

 

Həftənin mərkəzi oyunu da bazar günü keçirilib. Lider PSJ ən yaxın izləyicisi “Monako”nu qəbul edib.

 

Çempionatın bitməsinə 6 tur qalmış “knyazlıq klubu”nu 14 xal qabaqlayan Paris təmsilçisi doğma meydanda keçiriləcək oyundan 3 xalla ayrılacağı təqdirdə, çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcəkdi.

 

PSJ son çempiona 7 qol vurmaqla yeni ölkə çempionu olub. Bu, həm də Paris klubunun 7-ci ölkə çempionluğudu.

 

Anje - Nitsa 1:1
Qol: Fulqini, 84 - Plea, 67.

Olimpik (Lion) - Amyen 3:0

Qol: Dias, 30. Depay, Traore, 85.

Nant - Dijon 1:1
Qol: Nakulma, 33 - Kvon, 61.

Lill - Genqam 2:2
Qol: Pepe, 56. Arauxo, 57 - Alonso, 90-avtoqol. Briand, 90.

Kan - Tuluza matçı təxirə salınıb

Renn - Mets 1:2
Qol: Benjamin, 27 - Rouks, 52; 57.

Strasburq - Sent-Etyen 0:1
Qol: Debuşi, 82.

Monpelye - Bordo 1:3

Qol: Şkiri, 88 - Breytueyt, 9. Kamano, 49. Meyte, 78.

Trua – Olimpik (Marsel) 2:3
Qol: Qrandsir, 1. Nivet, 48 - Njie, 11. Mitroqlu, 75. Tovin, 85.

PSJ - Monako 7:1
Qol: Lo Selso, 16; 28. Kavani, 17. Di Mariya, 20; 58. Falkao, 76-avtoqol. Draksler, 86 - R.Lopes, 38.


 -

 
Tarix: 16 Aprel 09:48    Oxunub: 276    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.