"Mən istefadan qorxmuram"

Premyer Liqanın 23-cü turunda “Zirə” evdə “Neftçi”yə 0:3 hesabıyla uduzub. 

 

Sportinfo.az xəbər verir ki, matçdan sonrakı meydan sahiblərinin baş məşqisi Ayxan Abbasov sualları cavablandırıb.

 

- Məğlub olmaq istəməzdik. Gözləmədiyimiz yenilgi oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadı. Birinci diviziondan bu klubda çalışıram. Klub rəhbərliyi ilə görüşəcəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik.

 

Azarkeşlərlə nə baş verdi?

- Azarkeşləri də başa düşürəm. Qırmızı vərəqə aldıq, bundan sonra hücumları davam etdirdik. Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra “istefa” qışqırırlar. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdı. Mən istefadan qorxmuram. Dediyim kimi, bu klub mənə doğmadı. Klubun gələcəyi üçün nə xeyirlidisə, o da olmalıdı.

 

Məğlubiyyətdə qırmızı vərəqə nə dərəcədə rol oynadı?

- Əlbəttə müəyyən rolu oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara ehtiyatlı olmağı tövsiyə etmişdim. Ola bilsin, Urdinovu əvəzləyəcəkdim. 

 

İkinci hissədə “Neftçi”nin qapısı qarşısında qarışıqlıq oldu. Orda “Zirə”nin futbolçusu yerdə qaldı. Penalti olması şübhəsi yarandı. Həmin epizod barədə nə deyə bilərsiz?

- Mənə də penalti kimi göründü. Hətta həmin epizoddan öncə sanki top rəqib müdafiəçinin əlinə dəymişdi, Lakin indi təkrara baxmadan dəqiq bir şey deyə bilmərəm.

 

“Zirə”nin 7 futbolçusu zədəlidi. Bunun komandanın nəticələrinə təsiri nə qədərdi? Zədələr komandanın süni örtükdə oynaması ilə bağlı deyil ki?   

- Bu gün “Zirə”də 7 futbolçunun olmaması böyük itkidi. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiz deyə bu barədə danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi ot örtüyü ilə bağlı deyil. Ancaq meydança amili də müəyyən rol oynayır. Lakin bu, əsas səbəb deyil.

Tarix: 16 Aprel 09:24    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.