"Zirə"nin baş məşqçisi ilə onu istefaya çağıran azarkeşlər arasında insident

"Zirə" və ""Neftçi" arasında Premyer Liqanın XXIII tur matçında qalmaqal baş verib.

 

Sportinfo.az xəbər verir ki, oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

 

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

 

Maraqlıdı ki, bundan sonra zirəli azarkeşlər ikinci qolunu vuran “Neftçi”ni alqışlayıb. Ardınca isə klub rəhbərliyinin istəyi ilə polislər həmin fanatları tribunadan uzaqlaşdırıb.

Tarix: 16 Aprel 00:00    Oxunub: 439    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.