Qriqorçuk: "Kuboku əldə etmək üçün hər şeyə hazıram"

Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportinfo.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir:

 

“Xal itirməyimiz pis oldu. Belə vəziyyətlərdə həmişə müsbət nə isə axtarmaq lazımdır. İkinci hissədə uzun müddət öz üslubumuzda oynadıq. Belə çıxış etməyimiz ilk dəfə deyil.

 

Buna baxanda əmin oldum ki, belə oynasaq, kubokun finalına yüksəlmək vəzifəsinin öhdəsindən gələcəyik.

 

Oyunla bağlı analiz edəcəyimiz, futbolçularla danışacağımız məqamlar var. Amma ən vacibi odur ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq.

 

Bugünkü matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq.

 

“Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.

Tarix: 15 Aprel 23:12    Oxunub: 336    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.