"Neftçi" "Zirə"ni diz çökdürdü!

Bu gün Topaz Premyer Liqasında 23-cü tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

 

“Qəbələ” doğma meydanda “Səbail”lə qarşılaşıb. Son turlarda ardıcıl xal itkiləri ilə üzləşən bölgə təmsilçisi paytaxt klubu ilə görüşdə də qələbəyə həsrət qalıb.



“Sumqayıt” isə “Keşlə”ni qəbul edib. Sumqayıtlılar bir neçə gün öncə kubokun yarımfinal görüşündə səfərdə uduzduqları "Keşlə"yə doğma meydanda qalib gəliblər. 

 

Turun mərkəzi oyununda isə “Zirə” evdə “Neftçi” ilə qarşılaşıb. "Ağ-qaralar" çempionat çərçivəsində indiyə qədər məğlub edə bilmədikləri qəsəbə təmsilçisinə bu dəfə böyük hesabla qalib gəlməklə tilsimi qırıb.

 

“Qəbələ” – “Səbail” 1:1
Qol: F.Kone, 82 - F.Muradbəyli, 55.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu, 17:00.

“Qəbələ”: 23. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 10. Ruslan Qurbanov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov (k), 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Baş məşqçi: Roman Qriqorçuk.
“Səbail”: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 23. Ayron Stati, 24. Ruslan Əmircanov, 29. Yevgeni Koçuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
 
“Sumqayıt” – “Keşlə” 2:1
Qol: B.Mustafazadə, 58. E.Şahverdiyev, 83 - M.İsayev, 68.
Qırmızı vərəqə: M.İsayev, 81.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev.
Sumqayıt. “Sumqayıt Arena”, 18:00.

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə (k), 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov. 
“Keşlə”: 1. Kamran Ağayev (k), 14. Andre Klennon, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 90. Ebrima Sohna.
Baş məşqçi: Yuri Maksimov.

 

“Zirə” – “Neftçi” 0:3
Qol: R.Hacıyev, 10-pen. İ.Herrera, 90. R.Sadiqov, 90+5.
Qırmızı vərəqə: Y.Urdinov, 51.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 16. İbrahim Aslanlı, 29. Comal Uilyams, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 88. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 38. İlkin Muradov, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 77. Mirsahib Abbasov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov. 
“Neftçi”: 1. Səlahət Ağayev, 6. Rəşad Sadiqov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 93. Soni Mustivar, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 97. Elnur Cəfərov, 7. Namiq Ələsgərov, 12. Mayk Kampas, 9. Lukas Qomes, 10. Derlis Meza Kolli.
Baş məşqçi: Tərlan Əhmədov.

Tarix: 15 Aprel 21:00    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.