Ruslan Abışov sənin kapitanındı!

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul etdi.

 

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada Bakı klubu dəstəksiz qalmadı.

 

"Forza Neftçi" fan-klubu "ağ-qaralar"ın digər oyunlarında olduğu kimi, bu dəfə də tribunada yerini aldı. İkinci hissəsinin əvvəlində isə maraqlı görüntü qeydə alındı.

 

"Neftçi"nin cəza səbəbindən bu oyunu buraxan kapitanı Ruslan Abışov azarkeşlərin arasında göründü. O, "Forza Neftçi" ilə birgə komandanı dəstəklədi.


«Neftçi» səfərdən 2:1 hesablı qələbəylə qayıtdı. Bu, Bakıdakı cavab matçına daha ciddi konsentrasiya olmaq mənasında əla nəticədi. Hər şey öz əllərindədi.

 

Məsuliyyət hissini itirməsələr, finala adlayan tərəf «Neftçi» olacaq. Çünki «Qəbələ» qara zolaqdadı, enişi ilə yoxşu bilinmir. Roan Qriqorçuk yol üstündədi, yəqin ki, gedəcək.


«Neftçi» isə sanki artıq xeyli özünə gəlib. Ruslan Abışovun azarkeşlərə jesti komanda ilə «12-ci oyunçu» arasında bağların möhkəmlənməsinin sübutudu. Səhv etmirəmsə, Ruslan bir ilkə imza atdı. Bunadək bir Azərbaycan klubunun kapitanının özünə əziyyət verib, VİP-lojanı tərk etməsini görmədim. Görən var bəlkə?

 

Zənnim məni aldatmaz, yoxdu ikinci beləsi. Təqdir olunsun. Layiqdi o buna. Əsl kapitan Ruslan kii edər! Azarkeşlərin arasında görünən, onlarla birgə meydandakılara dəstək verən kapitan böyük düşünən kapitandı,

 

Sıravi fanatlarla bir sırada dayanmaqla Ruslanın üzüyünün qaşı düşmədi. Böyüdü, gözlərdə ucaldı bir az da. Yenə var olsun!

 

Vaxtilə «Neftçi»dən «Xəzər Lənkəran»a gedərkən ondan küsən azarkeşlərə əməli bir barışıq əli uzatdı. Bu əl bir də havada qalmamalıdı, sıxılmalıdı. Ruslana görə dəyər. Çün o da tribuna əhlinə dəyər verdi.


MUSA

Tarix: 15 Aprel 16:35    Oxunub: 686    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.