Qriqorçuk 3 ildən artıq çalışdırdığı "Qəbələ"də ilk məğlubiyyətini kimdən alıb?

"Qəbələ"nin Azərbaycan Kubokunda 3 illik seriyası qırılıb.

 

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" 1135 gündən sonra bu turnirdə evdə uduzub.

 

Bu, "Neftçi"ylə ilk yarımfinal matçında 1:2 hesabıyla reallaşıb. Maraqlıdı ki, bunadək turnirdə son ev məğlubiyyəti hazırkı baş məşqçi Roman Qriqorçukun Azərbaycan Kubokunda debütündə reallaşmışdı.

 

Bu, 2014/15 mövsümündə 1/4 finalda "Simurq" tərəfindən darmadağın olunmaqla gerçəkləşmişdi - 0:3. "Qəbələ" Zaqataladakı cavab matçında 0:0 hesablı heç-heçə edərək nəinki mübarizəni dayandırmış, rəqibinə qol da vura bilməmişdi. 

 

Düzdü, Roman Qriqorçukun yetirmələri bu 37 ayda Qəbələdə kubokda məğlubiyyət acısı dadıb. Sadəcə, 2 il öncə yarımfinalın cavab matçındakı həmin məğlubiyyət oyunda yox, oyunsonrası penaltilər seriyasında reallaşıb. Ən maraqlısı odu ki, onda da rəqib "Neftçi" idi. 

 

Hazırkı "Neftçi"nin baş məşqçisi olan Tərlan Əhmədov üçün Qəbələ səfərləri az uğurlu olmur. Təsadüfi deyil ki, "Qəbələ" bunadək evdə son məğlubiyyətini məhz "ağ-qaralar"dan almışdı.

 

Maraqlıdı ki, Topaz Premyer Liqasının III dövrəsində keçirilən həmin matçda da Tərlan Əhmədovun yetirmələri 2:1 hesablı qələbəni bayram edib.

 

Qriqorçuk 3 ildən artıq çalışdırdığı "Qəbələ"də ilk məğlubiyyətini məhz Qəbələdə, məhz Əhmədovdan alıb. - 0:1. Sadəcə, 53 yaşlı ukraynalı mütəxəssisin azərbaycanlı həmkarı onda digər paytaxt təmsilçisinin - AZAL-ın baş məşqçisi idi. 

Tarix: 15 Aprel 15:43    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.