"Sumqayıt" 122 gündən sonra...

"Sumqayıt"ın məğlubiyyətsiz oyunlar seriyası bitib.

 

Sportinfo.az xəbər verir ki, ölkə kubokunda başlayan bu uğurlu seriya elə həmin turnirdə qırılıb.

 

Söhbət yarımfinal mərhələsinin ilk oyunuda "Keşlə"yə səfərdə 0:1 hesablı məğlubiyyətdən gedir. Bununla da Samir Abasovun komandası 122 gündən sonra meydanı məğlub tərk edib.

 

Sumqayıtlılar sonuncu dəfə də paytaxtda keçirilən kubok matçında uduzmuşdu. Bu, ilk 1/4 final matçında "Qarabağ"a "Azərsun Arena"da 1:2 hesablı məğlubiyyət idi.

 

Cavab matçında rəqibini 2:0 hesabı ilə yenərək yarımfinala adlayan "Sumqayıt" ardından Topaz Premyer Liqasında (TPL) qış fasiləsindən sonra 8 turdur məğlubiyyət nə olduğunu bilmir. 

 

Ancaq sumqayıtlılar TPL-dəki məğlubiyyətsiz seriyanı davam etdirirlər. Bu, artıq 10 oyuna çatıb. "Sumqayıt" çempionatda sonuncu dəfə XII turda "Qarabağ"a səfərdə, ancaq bu dəfə Bakı OLimpiya Stadionunda uduzub - 0:2. 

Tarix: 15 Aprel 15:30    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.