Neymar meydanlara geri dönəcəyi vaxtı açıqladı

Fevral ayında PSJ-nin "Marsel"ə qarşı Fransa I Liqasında keçirdiyi oyununda zədələnən Neymar meydanlara geri qayıdacağı vaxtı açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Paris klubunun heyətində Çempionlar Liqasında "Real"la oyunlarında iştirak edə bilməyən Neymar 14 iyulda başlayacaq dünya çempionatında çıxış edəcəyini bildirib.

 

Zədəsi haqda danışan Neymar vəziyyətinin düzəldiyini, bir ay sonra daha da yaxşı olacağını söyləyib.

 

Ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olan 26 yaşlı brazilyalı oyunçu bu mövsüm 30 matçda 29 qol vurub və 19 assist edib.

Tarix: 15 Aprel 15:04    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.