Klopp: "Roma"nın "Barselona" qarşısında gücünü gördük"

Çempionlar Liqasının yarımfinalında "Roma" ilə qarşılaşacaq "Liverpul"un məşqçisi Yurgen Klopp püşkü dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis "Roma"nın güclü olduğunu vurğulayıb:

 

"Real" və "Bavariya"nın çıxmamasına görə sevinc yaşamırıq. İki çətin oyun olacaq. "Roma"nın "Barselona" qarşısında gücünü gördük.

 

Rəqibiz Salah və Palmieri kimi futbolçusunu əldən buraxıb. Amma yenə də yaxşı mövsüm keçirirlər və ÇL-ni qazanmaq üçün savaşırlar. "Barselona" ilə ikinci oyunda nələrə qadir olduqlarını izlədik. Yüksək səviyyəli geri dönüş etdilər".

Tarix: 15 Aprel 14:25    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.