Rəşad Sadiqov: "Mən Azərbaycandakı bütün klublara..."

"Çox maraqlı bir oyun oldu. Qrşılıqlı hücumlar şəraitində keçdi matç.

 

Açıq futbol sərgilədik. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun ½  final mərhələsinin ilk oyununda “Qəbələ” - “Neftçi” matçından sonra qonaqlaın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib :

 

Cavab qarşılaşması haqda nə düşünürsən?

-Hal-hazırda vəziyyət tamam fərqlidir. Düşünürəm ki, səfərdə oynamaq, dogma meydanda çıxış etməkdən daha rahatdır. Çünki, azarkeşlərin önündə çox istəkli olursan və daim qələbə qazanmağa çalışırsan. Bu da futbolçularda psixoloji gərginlik yaradır.  Yenə də, çaılaşacağıq ki, layiqli qələbə qazanaq və finala çıxaq.

 

Rəqibin kapitanı Cavid Hüseynov sizə 8-0 qalib gəldiklərini xatırlatdı. Bu, haqda sən nə düşünürsən?

-Həmən oyunda mən də olmuşam. Bəzən olur ki, məğlub olursan. Belə hallar yaşanır. O vaxt “Qarabağ” da AZAL-a 0:6 hesabıyla məğlub olmuşdu. Lakin indi həmən vaxt deyil. Heyətimiz, rəhbərlik və məşqçimiz dəyişib.  İnanmıram ki, bir də o hesabla məğlub olaq. Düzdür, bu futboldur hər şey ola bilər. Lakin biz çox inkişaf etmişik.

 

"Qəbələ”dən ayrılıb “Neftçi”yə gəldiyin zamandan bəri  komanda “Qəbələ”yə qarşı yaxşı təsir bağışlayır. Onlara qarşı xüsusi motivasiya ilə oynayırsan ?

- Xeyr, “Qəbələ” mənə dogma olan bir komandadır. Onlarla iki dəfə Avroliqanın seçmə mərhələsində çıxış etmişəm. Mən Azərbaycan çempionatındakı bütün klublara qarşı eyni cür hazırlaşıram.

 

Çempionatla bağlı nə düşünürsən?

- Çalışırıq ki, ilk dördlükdə yer alaq. Çünki, kubokda bir oyunda hər şey əldən çıxa bilər və qıraqda qala bilərik. Onun üçün də çempionata ciddi yanaşırıq. Düzdür, kubok da bir tituldur. Hər ikisində əlimizdən gələni edirik.

 

Hesab 2:0 olsaydı, komandaya necə təsir edəcəyini düşünürsən ?

- Düşünürəm ki, 2:0-la 2:1-in heç bir fərqi yoxdu. Çünki onlar yenə də 2 top vurmalıdırlar. Ancaq biz arxada oturub qalmamalıyıq. Hücum futbolu oynayan bir kollektivik. Çlışacağıq ki, baxımlı oyun alınsın.

 

“Keşlə” dogma meydanda qalib gəldi. Səncə, finalda kimlər olacaq?

- Bu haqda qabağcadan heç nə demək olmaz. Çünki, futboldur və hər şey ola bilər. Çalışırıq ki, özümüz finala vəsiqə qazanaq. Rəqibimiz kim olsa, bizə fərq etmir.

 

Bura gəldiyiniz zaman komandanın qarşısına hansı məqsəd qoyulmuşdu?

- Düzünü desəm, baş məşqçi  gəldiyimiz zaman bildirmişdi ki, bura yalnız qələbə üçün gəlirik. Heç-heçə üçün gəlməmişdik. Çünki, o məqsədlə gələn komanda hər zaman məğlub olur.  Hər bir oyuna yalnız qələbə üçün çıxırıq.

Tarix: 15 Aprel 13:59    Oxunub: 541    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.