"Kim desə ki, belə deyil, yalan demiş olar" - MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 23-cü turunda "Qarabağ" "Kəpəz"i səfərdə 1:0 hesabıyla məğlub edib.
 
Oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayevmüsahibə verib. Millimizin üzvü öncə 

 
- Ağır səfər idi. Buna baxmayaraq, qalib gəldik. Ən ağır səfərlərimizdən biri idi. 3 xal bizim üçün əla nəticə oldu. Xallarımızı artırmaq istəyirik.
 
Xal fərqi 15 xal oldu. Futbolçuların növbəti oyunlarda döyüşkənlik motivasiyası necə olacaq?
- Belə durum futbolçularda boşalma yarada bilər. Kim desə ki, belə deyil, yalan demiş olar. Hər kəs düşünür ki, 15 xallıq fərq var və rəqabət yoxdur. Amma bizim məşqçilər bu yöndə məsuliyyətlidirlər. Hər oyundan öncə söhbət edirlər və bizə təkrar olaraq bildirirlər ki, motivasiyada düşmək olmaz. Biz dəbunu gözəl dərk edirik. Bizim işimiz bu oyunlarla bitmir.  Millinin yoxlama oyunlar olacaq, qarşıdan avrokuboklar və Millətlər Liqası gəlir. İndidən daha ciddi çalışmalıyıq. Bu, bizim işimizidr. Xal fərqi çox olsa da, çalışmalıyıq ki, hər oyundan maksimum nəticə ilə ayrılaq.
 
Qurban Qurbanov mətbuat konfransında vurğuladı ki, futbolçular gərək futboldan kənarda da motivasiyalı olsunlar...
- Futbolçular da özlərini kənarda idarə etməlidir. Məşqə gələrək 2-3 saat çalışıb getməməliyik. İşimizin ciddiliyini hiss etməli, futbol üçün yaşamalıyıq. Bu idman növü həyatımız olmalıdır. Bunu 2-3 saat yaşamaq olmaz. Şəxsi işlərə 1-2 saat ayırmaq olar. Qurban müəllim düzgün vurğulayıb. İndi bizdən tələb çoxdur. Uğurlu çıxış gözləyirlər. Bəzi nəticələrdən sonra azarkeşlərin iştahı artıb. Məsuliyyətli olmalıyıq. Millimiz üçün çalışmalıyıq. Ölkəmiz və bayrağımız üçün mübarizə aparmalıyıq.

Tarix: 15 Aprel 13:46    Oxunub: 424    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.