Azərbaycanlı futbolçudan Monteneqroda uğursuz debüt

Monteneqro çempionatında 29-cu turun oyunları keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Mladost”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Tural da bu görüşün iştirakçısı olub. O, bu qarşılaşmada debüt edib. Lakin futbolçumuzun start heyətdə meydana çıxdığı və sonadək oynadığı qarşılaşma uğursuz alınıb.

 

Hümbətov Monteneqro çempionatındakı ilk rəsmi matçında sarı vərəqə ilə də cəzalanıb (40-cı dəqiqə)., “Deçiç” geridə qalan turlarda cəmi 20 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.

Tarix: 15 Aprel 13:20    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.