“Qarabağ”a “Qafqazın “Barselona”sı deyirlər" - Əliyev

"Kəpəz" Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:1 hesabıyla uduzub.
 
Sportinfo.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev bu barədə danışıb:
 
- “Qarabağ”a “Qafqazın “Barselona”sı deyirlər. Liderlə oynadıq. Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı çıxış etdik. Bir xal da qazana bilərdik. Amma nail ola bilmədik.
 
Son pillədən qurtulmaq mümük olacaq?
- İki oyunda qalib gəlsək, rəqiblərə çata bilərik. “Səbail”lə oyunda qalib gələrək vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. Özümüz də bu pillədə qalmaq istəmirik. Yaxşı oynayırıq, sadəcə, vəziyyətlərimizi qola çevirə bilmirik. Adam həqiqətən də üzülür.
 
“Kəpəz”də nə baş verir ki, vəziyyət düzəlmir...
- Mövsümün əvvəlində dəyişikliklər çox oldu. Bu proses qışda da davam etdi. Uyğunlaşmada bir az çətinlik olurdu. İnanıram ki, növbəti oyunlarda yaxşı nəticələrimiz olacaq.
 
Yeni transferlərin səviyyəsi nə dərəcədədi?
- Hər şey göz qabağındadı. Canla-başla oynayırlar.

Tarix: 15 Aprel 11:10    Oxunub: 468    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.