“Mançester Siti” səfərdə, "Liverpul" evdə sevindi - VİDEOLAR

İngiltərə Premyer Liqasında 34-cü tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun günündə baş tutub.

 

Lider “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olub. “Şəhərlilər” bu oyunda 3 xalı 3 qolla qazanıblar. Sözügedən komanda sona 5 tur qalmış çempionluğunu da rəsmiləşdirə bilər.

 

Lakin bunun üçün isə Xosep Qvardiolanın yetirmələrinin ən yaxın izləyicisi “Mançester Yunayted” bazar günü evdə “Vest Bromviç”ə uduzmalıdı. 

 

Son çempion “Çelsi” isə səfərdə “Sauthempton” üzərində çətin və əzmkar qələbəyə sevinib. “Liverpul” da evdə “Bornmut”u darmadağın edib.

 

Sauthempton - Çelsi 2:3
Qol: Tadiç, 21. Bednarek, 60 - Jiru, 70; 78. Azar, 75.

Bernli - Lester 2:1
Qol: Vud, 6. Lonq, 9 - Vardi, 72.

Kristal Pelas - Brayton 3:2
Qol: Zaha, 5; 24. Tomkins, 14 - Murrey, 18. İskerdo, 34.

Haddersfild - Uotford 1:0
Qol: İnse, 90.

Suonsi - Everton 1:1
Qol: Ayyu, 71 - Noton, 43-avtoqol.

Liverpul - Bornmut 3:0
Qol: Mane, 7. Salah, 69. Firmino, 90.

Tottenhem - Mançester Siti 1:3
Qol: Eriksen, 42 - Q.Xesus, 22. İ.Gündoğan, 25-pen. Sterlinq, 72.

 

 - - - - -

Tarix: 15 Aprel 10:44    Oxunub: 342    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.