Fərqi yoxdu, “Qəbələ” onları harda görürsə... VURUR!

Dünən Premyer Liqada 23-cü tura start verilib. 

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ” bu turda “Səbail”lə qarşılaşacaq.

 

Qəbələ şəhər stadionundakı görüş sabah baş tutacaq. Yalnız cari mövsümdə üz-üzə gələn komandaları ümumilikdə 6-cı dəfə görüşəcək. Əvvəlki 5 oyundan üçü çempionat, ikisi kubok çərçivəsində keçirilib.

 

Heç-heçə qeydə alınmadığı matçlarda “Qəbələ” 4, “Səbail” 1 dəfə qalib gəlib. Top fərqində də üstün olan “qırmızı-qaralar” 12 qol vurub və 6-nı buraxıb. 

 

Roman Qriqorçukun yetirmələri 5 oyunun hamısında rəqib qapısına yol tapmağa nail olub. Bu oyunlarda “Qəbələ”nin vurduğu 12 qoldan 6-na Baqali Dabo imza atıb. Famussa Kone 2, digər 4 futbolçu isə hərəyə 1 dəfə fərqlənib.

 

Premyer Liqadakı 3 matç da məhsuldarlığı ilə diqqət çəkir. Çempionat görüşlərində komandalardan heç biri meydanı qol vurmadan tərk etməyib. 2 qələbə qazanıb, 1 dəfə uduzan “qırmızı-qaralar” top fərqində öndədi – 7:4.

 

3-cü dəfə evdə “Səbail”i qəbul edəcək “Qəbələ” çempionatda 3:1, kubokda 1:0 hesabı ilə qalib gəlib. 

 

Aprelin 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Səbail” matçı saat 17:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

Tarix: 15 Aprel 09:26    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.