I Divizion klublarının yarıdan çoxu Premyer Liqada iştirakdan imtina etdi

I Divizionda çıxış edən klubların yarıdan çoxu 2018/2019 mövsümündə Premyer Liqada iştirak üçün ərizə verməyib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a AFFA Lisenziyalaşdırma Qrupunun yeni rəhbəri Sərxan Hacıyev bildirib.

 

O deyib ki, elitaya yüksəlmək istəyən klubların dəqiq sayını söyləmək idman prinsiplərinə ziddir: “Bu üzdən, konkret rəqəm söyləyə bilmərəm.

 

Hazırda aşağı dəstədə 10 klub çıxış edir. Lakin növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün ərizə verənlərin sayı 50 faizdən azdır”.

 

S.Hacıyevin sözlərinə görə, Premyer Liqa klublarının hamısı növbəti mövsümdə də elitada çıxış etmək üçün ərizə veriblər: “Səbail” elitada 3 mövsüm çıxış etmədiyi üçün avrokuboklara qatıla bilməz.

 

Digər 7 komanda qitə miqyaslı yarışlarda iştirak etmək istəyir. Düzdür, “Kəpəz” əvvəlcə bunun üçün ərizə verməmişdi. Lakin son anda fikrini dəyişdi”.

 

S.Hacıyev deyib ki, Premyer Liqada iştirak etmək üçün lisenziyaların verilməsi mayın ortasına təsadüf edəcək:

 

“Hər il olduğu kimi, Premyer Liqanın başa çatmasına yaxın lisenziya alan klublar açıqlanacaq. Mövcud reqlamentə əsasən, elitanı 1 klub tərk edəcək və onu I Divizion təmsilçisi əvəzləyəcək.

 

Premyer Liqa klublarının sayının 8-dən 10-a artırılmasına gəlincə, buna AFFA-nın İcraiyyə Komitəsi qərar verir. Bu yöndə qərar verilərsə, 10 klub da elitada çıxış edə bilər”.

 

Uzun müddətdi AFFA-nın baş katibinin müavini olan S.Hacıyev Lisenziyalaşdırma Qrupunun rəhbəri vəzifəsini müvəqqəti yerinə yetirdiyini bildirib. Onun sələfi Elçin Məmmədov isə hazırda UEFA-da çalışır. 

Tarix: 15 Aprel 00:30    Oxunub: 739    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.