"O pula görə meydanda can qoymağa dəyər"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Keşlə"nin hücumçusu Pərdis Fərcad-Azad bu barədə danışıb:

 

- Düşünürəm ki, "Sumqayıt"dan daha yaxşı oynadıq. Rəqib yaxşı komandadı. Top saxlamağı bacarırlar. Mənə elə gəlir ki, bu gün ardıcıl olaraq, 2-3 dəqiq ötürmə verə bilmirdilər. Biz onlara qarşı yaxşı pressinq tətbiq edirdik. Bu bizim yaxşı oynadığımızdan xəbər verir.

 

Bu hesab sizə finala çıxmağa kömək edəcək?
- Əlbəttə. Qol buraxmadıq. Çempionlar Liqasında da bunun şahidi olduq ki, futbolda hər şey ola bilər.

 

O səviyyə ilə bu bizim kubok oyunları tam başqadı...
- Düzdü. Biz hələ rahat deyilik. İkinci matça yaxşı hazırlaşmalıyıq.

 

"Sumqayıt"ın qapısına vurulan qol Sezar Meza Kollinin fərdi ustalığı idi?
- Mən onun yaxşı zərbə vuracağına inanırdım.

 

Adrian Skarlatake də sanki cərimə zərbəsi vaxtı ona nəsə dedi...
- Skarlatake ondan ötürmə verməsini istədi. Sezar Meza Kolli yaxşı ki, ona qulaq asmadı. 1 qol vurduq. O da oyunun taleyini həll etdi.

 

Demək olar ki, final şansınız daha çoxdu?
- Xeyr. "Sumqayıt" 2:0 hesabı ilə qələbə qazansa, finala vəsiqə qazanacaq. Biz rəqib meydanında da fərqlənə bilsək, şanslarımız daha yüksək olacaq.

 

Klub rəhbərliyi sizi təbrik etdi?
- Xeyr.

 

Mükafatla bağlı söz verilib?
- Bəli. Mükafat da var. Yaxşı məbləğdi (gülür).

 

O pula meydanda can qoymağa dəyər?
- Görmədinizmi ki, necə ürəklə çıxış edirdik? (gülür).

Tarix: 14 Aprel 20:36    Oxunub: 545    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.