Bu, ilk dəfə "Neftçi"də oldu - Sadıq Sadıqovdan sonra...

Azərbaycan kubokunun “Qəbələ” ilə səfərdəki yarımfinal oyununda 2:1 hesabı ilə qalib gələn “Neftçi” məğlubiyyətsizlik seriyasını 7-yə çatdırıb.

 

Sportinfo.az xəbər verir ki, 6-sı Topaz Premyer Liqası, 1-i ölkə kubokuna təsadüf edən bu qarşılaşmalarda Tərlan Əhmədovun yetirmələri 4 qələbə qazanıb, 3 heç-heçə edib.

 

Paytaxt təmsilçisi sonuncu dəfə fevralın 17-də “Sumqayıt”la çempionat matçında uduzub – 0:2. Ardınca “Zirə” ilə sülh bağlayan (1:1) bakılılar “Qəbələ”ni 2:1, “Keşlə”ni 3:2 hesabı ilə yenib.

 

“Qarabağ”la qolsuz bərabərlikdən sonra isə “Neftçi” hər matçda 2 qol vurub. “Səbail”i 2:0 hesabı ilə udub, “Sumqayıt”la sülhə (2:2) imza atan Əhmədovun komandası kubokda da “Qəbələ”ni yenib.

 

Bütün turnirləri əhatə edən 7 oyunluq məğlubiyyətsizlik seriyası “Neftçi” üçün son beşilliyin rekordunun təkrarıdı. Bakılıların bundan yaxşı göstəricisinə sonuncu dəfə 2012-ci ilin dekabrından 2013-cü ilin aprelinədək olan dövrdə təsadüf olunmuşdu.

 

Onda hələ prezidenti Sadıq Sadıqov olan komanda 12 görüşdə uduzmamışdı. Bu, “Neftçi”nin çempion tituluna sevindiyi son mövsümə təsadüf etmişdi.

 

Sonrakı 5 ildə üç dəfə məğlubiyyətsizliyini 7-yə çatdırsa da, bu rəqəmi keçə bilməyib. 2013-cü ilin aprel-may, 2014-cü ilin mart-aprel aylarında qeydə alınan seriyalar zamanı 5 qələbə və 2 heç-heçə qeydə alınıb.

 

2016-cı ilin aprel-may aylarında da 7 oyundan ibarət seriya yaşanıb ki, bu zaman “ağ-qaralar” 3 dəfə qalib gəlib, 4 bərabərliklə barışıb (apasport.az).

 

Topaz Premyer Liqasının XXIII turunda indiyədək heç vaxt yenmədiyi “Zirə” ilə üz-üzə gələcək ölkənin ən titullu komandası özü üçün beşilliyin mütləq rekorduna imza ata bilər. Bunun üçün Əhmədov və komandası Zirədən də xalla dönməlidi.

Tarix: 14 Aprel 20:24    Oxunub: 647    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.