Rəşad Sadıqov: "Bu, bizim zəif cəhətlərimizdən biridi"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XXIII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov oyundan sonra sualları cavablandırıb.

 

- Maraqlı oyun keçdi. Bizim üçün qələbə qazanmaq vacib idi. Qələbə də qazandıq. Gəncədəki oyunlar həmişə ağır keçir. Komandanın sonuncu pillədə olması və iddialı çıxış etməsi bunu dəyişə bilməz. Meydança yaxşı və pis də olsa, burdakı qarşılaşmalar gərgin keçir. Bu görüş də belə oyunlardan biri idi. Matç bizim üçün yaxşı keçdi. Topa nəzarət edən tərəf biz idik. Rəqibin standart vəziyyətlərində çətinliklə üzləşdiq. Qələbə münasibəi ilə həm futbolçuları həm də azarkeşləri təbrik edirəm.

 

"Qəbələ” bu tur məğlub olsa, 5 tur öncədən çempionluq təmin olunur...

- Mənim bildiyimə görə, uduzsa da təmin etmirik. Üstünlüyümüz var. Sona qədər diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolda arxayınlaşmaq olmaz.

 

Son 5 turun hamısında məğlub olmağınız inandırıcı deyil...

- Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr olsun.

 

Oyunun ikinci hissəsində sanki komanda biraz arxayınlaşdı. Bunu hiss etdinizmi?

- Xeyr. Birinci qoldan sonra biraz oldu. İlk hissənin sonlarında oyunu itirdik. İkinci hissədə isə oyuna daha çox nəzarət edirdik. Mən heç bir arxayınçılıq hiss etmədim.

 

Özünüz də qeyd etdiniz ki, standart vəziyyətlərdə çətinliklə üzləşdiniz. Müdafiəçilər sanki rəqibə uduzurdu. Bunun səbəbi nə idi?

- Standart vəziyyətlərdə təkcə müdafiəçilər yox, bütün komanda çətinlik çəkdi. Bu "Kəpəz”in üstünlüyüdür. Rəqibin heyətində başla yaxşı oynayan futbolçuları var. Bu isə bizim zəif cəhətlərimizdən biridir. İkinci mərtəbədə oynaya bilmirik. Bu gün də biruzə verdi.

 

Ramil Şeydayev fərqləndi. Düşünürsünüzmü onun U-21 milli komandada olması əlavə motivasiya yaratdımı?

- Ramilin qol vurması, yaxşı oynaması bizim üçün sevindirici haldır. Bundan əvvəlki turda da yaxşı oynadı. Sevincidiri hal odur ki, düşdüyü durumdan məyus olmur və sona qədər mübarizə aparır. Artıq onun yaxşı praktikası var. Hər həftə əsas heyətdə oynayır. Tənbəllik etmir. Lazım olsa əvəzedici heyətdə də oynayır. Bu gün də bəhrəsini gördü.

Tarix: 14 Aprel 19:48    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.