Azərbaycandan getdi, yeni komandasına tərif yağdırdı

Millimizin keçmiş baş məşqçisi, hazırda Bosniya və Herseqovinanın sükanı axrasında olan Robert Prosineçki Türkiyə mətbuatına müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, xorvat məşqçi müsahibə zamanı bir neçə maraqlı məqam barədə danışıb.

 

Prosineçki hazırkı iş yerindən məmnun olduğunu deyib: “Yaxşı mühit formalaşdırmışıq. Oyunçularımın demək olar hamısı öz klublarında daimi şans qazanırlar. Qarşıda Monteneqro və Cənubi Koreya ilə yoldaşlıq oyunlarımız var.

 

Sonra isə Millətlər Liqasına köklənəcəyik. Şimali İrlandiya və Avstriya ilə başa-baş mübarizə aparacaq komandamız var. Möhtəşəm oyunçulardan ibarət komandaya sahibik”.

 

Prosineçki daha sonra Şərqi Avropa klublarının böyük futbol ölkələrinin təmsilçilərindən çox geri qaldığını, buna görə, yaxın gələcəkdə bu bölgədən hansısa komandanın Çempionlar Liqasını qazanmasının çox çətin olduğunu deyib:

 

“Maddi cəhətdən Qərbi Avropa ölkələri çox irəliyə gediblər. Bizim bölgəmizin (Balkanlar), hətta Rusiyanın belə, hansısa təmsilçisinin yaxın gələcəkdə Çempionlar Liqasını qazanması çox çətindi. Səviyyəli legionerlər, maddi vəziyyət, ölkə çempionatları... Çatışmayan çox şey var”.

 

49 yaşlı mütəxəssis vətəni Xorvatiyanın DÇ-2018-dəki şanslarını da dəyərləndirib: “Bu çempionat Luka Modriç, Vedran Çorluka, Mario Mancukiç üçün son şansdı.

 

Onların bundan sonra yenə dünya çempionatında oynayacağını düşünmürəm. Yaşları buna imkan verməz. Xorvatiya səviyyəli komandadı və qrupdan çıxmalıdı. Bu millinin daha irəli gedə biləcəyinə inanıram”.

 

Futbolçu olduğu zaman həm “Real”, həm də “Barselona”nın şərəfini qorumuş Prosineçki, “kral klubu”nun azarkeşi olsa da, “Barsa”nın hücumçusu Lionel Messinin hazırda dünyanın ən yaxşı futbolçusu olduğu fikrindədi:

 

“Messi ən yaxşıdı. Son 10 ildə onun ifasında ən yaxşı futbolu izləyirik. Kriştiano Ronaldoya da böyük hörmətim var. Zədə almadan çoxlu qollar vurdu. Yaxın gələcəkdə bu cütlüyə bənzər futbolçuların çıxacağını düşünmürəm”.

Tarix: 14 Aprel 14:48    Oxunub: 348    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.