"Kəpəz"in baş məşqçisi: "Yeni Yunis Hüseynov gəlməyəcək"

"Qarabağ”ı təbrik edirəm.
 
Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadır.
 
Düzdü, bunlar şablon sözlərdir. Ancaq reallıqdı. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik".
 
Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Gəncədə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXIII tur matçından sonra mətbuat konfransında deyib. 
 
Dieqo Souzanı sonradan meydana buraxdınız, lakin tezliklə əvəzlədiniz. Bu, nə ilə əlaqədar idi?
- Onu meydana buraxdım ki, mərkəzdə top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.
 
Düşünmürsünüz ki, bu, futbolçuya təsir edə bilər?
- Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadır.
 
Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdur. Sizcə, bunun səbəbi nədir?
- İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə ovaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərlərində işləməlidirlər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər.
Tarix: 14 Aprel 19:00    Oxunub: 390    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.