Qurban Qurbanov transfer məsələsi ilə bağlı məlumat verdi

Sportinfo.az xəbər verir ki,​ Premyer Liqanın 23-cü turunda səfərdə “Kəpəz”i məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında sualları cavablandırıb.

 

- Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son oyunlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram

 

Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədi?
- Yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı lazım bilmədim.

 

Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?
- O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdı.

 

Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...
- O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

 

Artıq ən yaxın izləycinizi bir xeyli qabaqlayırsız. Bu, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik törətməyəcək ki?
- Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

 

Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib.
- Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.

 

Sanki komandada Ndlovunun yeri görünür.
- Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odu ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadı.

 

Yayda hansı mövqeni gücləndirmək istəyirsiz?
- Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var. 

Tarix: 14 Aprel 18:48    Oxunub: 426    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.