"Kəpəz" çox çabaladı, “Qarabağ”ı Şeydayev sevindirdi

Bu gün Topaz Premyer Liqasında 23-cü tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

 

Son çempion “Qarabağ” səfərdə çempionatın aşkar autsayderi “Kəpəz”lə üz-üzə gəlib.

 

Ağdam klubu səfərdə Ramil Şeydayevin vurduğu yeganə qol sayəsində meydanı 3 xalla tərk edib.

 

Turun qalan oyunları sabah keçiriləcək: “Zirə” – “Neftçi”, “Sumqayıt” – “Keşlə”, “Qəbələ” – “Səbail”.

 

“Kəpəz” – “Qarabağ” 0:1
Qol: R.Şeydayev, 22.
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 16:00.

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 16. Quili Mandjqaladze, 10. Tural Rzayev, 24. Şadon Vinçester.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 48. Dieqo Souza.
Baş məşqçi: Yunis Hüseynov. 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak.
Baş məşqçi: Qurban Qurbanov.

Tarix: 14 Aprel 18:00    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.