Ruslan Qurbanov iddia etdi ki... "Qəbələ" "qara zolağ"a düşüb

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" öz meydanında "Neftçi"yə 1:2 hesabıyla məğlub oldu.
 
Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ruslan Qurbanov "qara zolağ"a düşdüklərini dilə gətirib:
 
"Oyunumuz alınmadı. Nəticə bizə sərf etmir. "Neftçi"dən fərqli olaraq, biz imkanlarımızdan yararlana bilmədik.

 

Oyunumuzu analiz etməliyik. Cavab matçına yaxşı hazırlaşmalıyıq. Əslində oyuna yaxşı hazırlaşmışdıq.

 

Azarkeşlər, məşqçilər, rəhbərlik və prezidentimizi sevindirmək istəyirdik. Ancaq alınmadı, "qara zolağ"a düşdüyümüzü düşünürəm".

Tarix: 14 Aprel 12:36    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.