“Kəpəz” - “Qarabağ” matçından əvvəl gərginlik - Polis müdaxilə etdi

Premyer Liqanın 23-cü turunda “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. 

 

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matçdan öncə iki komandanın azarkeşləri arasında gərginlik yaşanıb.

 

“Qarabağ”ın “İmarət Tayfa” fan klubu ilə “Kəpəz”in “Xəmsə” azarkeş qrupu arasında, yerli azarkeşlərin oturduğu tribuna qarşısında yaşanmış gərginliyin ardından, polis qonaq komandanın tərəfdarlarını həmin yerdən uzaqlaşdırıb. Polisin müdaxiləsindən sonra “Qarabağ”lı fanatlar onlar üçün ayrılmış tribunaya yollanıb.

Tarix: 14 Aprel 15:48    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.