“Qarabağ”ın legionerini Gəncədə daşla yerə yıxdılar - FOTO

Premyer Liqanın 23-cü turunda “Kəpəz” “Qarabağ”ı qəbul edir.

 

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən matçın 36-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Donald Gerrye zədə alıb.

 

“Köhlən atlar”ın yarımmüdafiəçisi komandasının növbəti hücumu zamanı anidən yerdə qalıb. Ancaq Haiti millisinin üzvü heç də rəqib futbolçuların müdaxiləsindən sonra zədələnməyib.

 

Belə ki, Gerryeyə azarkeşlərdən birinin atdığı daş xətər yetirib. Futbolçu həkimlərin müdaxiləsindən sonra ayağa qalxıb.

 

Oyunun baş hakimi Orxan Məmmədov futbolçuya atılmış daşı matçın ehtiyat hakiminə təqdim edib. “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov isə yerli azarkeşləri sakit olmağa çağırıb. 

 

Tarix: 14 Aprel 17:12    Oxunub: 484    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.