Qayıbov zədəli Böyük Britaniya gimnastını ziyarət etdi

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov və baş direktoru Liza Vortman Bakı xəstəxanalarının birində britaniyalı gimnast, gənclər arasında Avropa və dünya çempionu İzabell Sonqhersti ziyarət edib.

 

Sportinfo.az xəbər verir ki, İ.Sonqherst bir neçə gün əvvəl məşq zamanı zədə alıb.

 

Xəstəxanaya yerləşdirilən gimnast topuq burxulması ilə bağlı əməliyyat olunub. F.Qayıbov bildirib ki, onlar gimnastı ruhlandırmaq üçün ziyarət edib:

 

"Mən İzabellin özünü necə hiss etdiyi barədə şəxsən əmin olmaq istəyirdim. Mən ona bildirdim ki, UEG və yerli təşkilat komitəsi onu dəstəkləmək üçün hər şeyi edəcəyini dedim”.

 

İ.Sonqherst öz növbəsində tezliklə sağalacağına və noyabr ayında keçiriləcək dünya çempionatına hazırlıqlara başlaya biləcəyini ümid etdiyini bildirib.

Tarix: 14 Aprel 17:00    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.