"Neftçi"nin yeni ulduzu: "Kifayətlənməyəcəm və çalışacam"

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun ½  final mərhələsinin ilk oyununda “Qəbələ” - “Neftçi” matçından sonra (1-2) qonaqlaın haitili yarımmüdafiəçisi Soni Mustivar sualları cavablandırıb.

 

- Çox ağır bir oyun oldu. Çünki, “Qəbələ” həqiqətən güclü komandadır. Lakin biz öhdəsindən gəldik. Ancaq bununla kifayətlənmək olmaz. Öz üzərimizdə daha çox işləməliyik ki, cavab görüşündə də qələbə qazana bilək”.

 

Bura gəldiyiniz zaman məqsədiniz nə idi ?

-Əlbəttə, ilk növbədə qarşımıza hədəf  olaraq qələbə qazanmağı qoymuşduq. Düşünürəm ki, ilk işin öhdəsindən layiqincə gələ bildik. Bu qələbə münasibətiylə bütün komanda yoldaşlarmı təbrik edirəm.

 

2-0 və yaxud da 2-1 hansı daha əlverişli nəticə olardı komanda üçün?

-Təbii ki, 2-0 daha yaxşı nəticə olardı. Çünki səfərdə qol buraxmayaraq qalib gəlmək böyük üstünlükdür.  Ancaq yenə də qalib gəlmişik və 2-1 də pis nəticə deyil.

 

Neftçi”yə yeni qoşulmusan. Komanda haqda düşüncələrin necədir?

-“Neftçi” çox əzəmətli klubdur. Böyük bir tarixi var. Burada olmağıma çox şadam. Əlimizdən gələni edəcəyik ki, nailiyyətlər əldə edək.

 

Vurulan qollardan birinin ötürməsini sən etdin. Bu haqda nə deyə bilərsən.

-İlk oyun oldu ki, 90 dəqiqə meydanda qaldım. Bunun üçün məşqçilərimə minnətdarlığımı bildirirəm. Lakin bununla kifayətlənməyəcəm və öz üzərimdə daim çalışacam.

 

Azərbaycan çempionatı haqda nə fikirdəsən?

-Çempionat yüksək səviyyəlidir. Hər şeydən razıyam. Düşünürəm ki, bizi ağır oyunlar gözləyir. Lakin yaxşı nəticələr əldə edəcəyimizə inanıram.  

Tarix: 13 Aprel 20:24    Oxunub: 534    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.