"Cibgir" Diniyevin gözü "Qəbələ"də - Qriqorçukun yerindədi

«Qəbələ»nin çempionluq hədəfindən minimum daha 1 il uzaq düşməsi, kubokda finala vəsiqə qazanmaq şansının azalması Şahin Diniyevi ümidləndirib.


Ötən ilin noyabrında «Kəpəz»dən uzaqlaşdırılan mütəxəssis tezliklə «qırmızı-qaralar»ın sükanı arxasına keçmək istəyir.


İşlədiyi heç bir yerdə uğur qazana bilməyən və futbolçuların cibinə göz dikməsiylə tanınan Diniyev indi də Roman Qriqorçuku əvəzləyəcəyinə ümid edir.


Reputasiyası heç də yaxşı olmayan baş məşqçi «Qəbələ» ilə yaxınlığı ilə bilinən dostlarından onun təyinatına kömək etmələrini xahiş edib.

 

Diniyevin gümanı onadı ki, komanda mövsümü titulsuz başa vursa, Heydərovlar ukraynalının müqaviləsinin müddətini uzatmayacaq və onunla təmas yaradılacaq (Sportinfo.az).

 

Tarix: 13 Aprel 19:48    Oxunub: 617    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.