"Ona "Qarabağ"dan təklif var, tez-tələsik qərar vermək istəmirik"

“Billiat bir çox klubdan dəvət alıb. Ona Belçika, Səudiyyə Ərəbistanı, Çin, ABŞ-dan və Azərbaycandan - “Qarabağ”dan təklif  var”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Zimbabve mətbuatına açıqlamasında “Mamelodi Sundaunz”gt hücumçusu Xama Billiatın meneceri Mayk Nqobeni deyib. 

 

Futbolçusunun gələcəyi ilə bağlı danışan agent “Qarabağ”dan təklif aldıqlarını təsdiqləsə də, hələ heç bir klubla anlaşmadıqlarını bildirib:

 

“Hə, Billiat mövsümün sonunda hazırkı klubundan ayrılacaq. O, karyerasını ölkə xaricində davam etdirmək istəyir.

 

Çünki artıq Cənubi Afrikada bütün titulları qazanıb. Amma biz hələ heç kimlə ilkin razılıq əldə etməmişik. Nə də ki, müqavilə imzalamışıq.

 

Tez-tələsik qərar qəbul etmək istəmirik. Gəlin, Xamaya “Sandaunz”dakı son mövsümünü yüksək səviyyədə bitirməyə imkan yaradaq”.

Tarix: 13 Aprel 18:48    Oxunub: 509    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.