FİFA referisinə "korsan" deyə sual verdiyi üçün… ATILDI

Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportinfo.az
xəbər verir ki, iclasda I Dİvizionun XXII turu ilə bağlı qərarlar verilib:


“Xəzər” - MOİK matçının (4:1) 90+4-cü dəqiqəsində Ev sahiblərinin futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən yarımmüdafiəçi 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.


«Potu» ləqəbli oyunçu baş hakim Rəhim Həsənova «korsan?» dediyi üçün «mükafatlandırılıb». Məhərrəmlini bu ifadəni işlətməyə isə rəqib futbolçu məcbur edib.

 

Bir neçə epizodda kobudluğa məruz qalan Tanrəverdi FİFA referisinin buna fikir verməməsindən qeyzlənib və dilinə təhqiramiz söz gətirib.

Tarix: 13 Aprel 09:12    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.