Ölkə çempionu “Qarabağ” üzərində qələbəni son saniyələrdə qazandı

Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, “Nur” Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində “Qarabağ”ı qəbul edib.

 

Gərgin mübarizədə qonaqlar ilk yarıda hesabda irəlidə olsa da, fasilədən sonra tədricən təşəbbüsü rəqibə verib.

 

Görüşün son saniyələrində hesab bərabər olarkən, “Qarabağ” hücum edib. Amma dirəyə dəyən topu ələ keçirən ölkə çempionunu həndbolçuları əks-həmlədə dəqiq olublar – 31:30.

 

Turun digər görüşləri aprelin 14-də sonuna təyin edilib.  “Azərsu” “Gənclərbirliyi”ni, “Azəryol” “İdman Akademiyası”nı sınağa çəkəcək.

Tarix: 13 Aprel 00:40    Oxunub: 287    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.