Formula1 günlərində “İçərişəhər” və “28 May” gecə 2-dək işləyəcək

27-29 apreldə paytaxtın mərkəzi küçələrində Formula1 Azərbaycan qran-prisi ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək.

 

Sportinfo.az xəbər verir ki, təşkilatçıların müraciətinə əsasən, Bakı metropoliteni rəhbərliyi iş qrafikində dəyişikliklər etmək barədə qərar verib.

 

Məqsəd tamaşaçıların, habelə Dənizkənarı bulvarda təşkil ediləcək əyləncə və istirahətyönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.

 

Paytaxt metropoliteni Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.

Tarix: 12 Aprel 21:12    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.