Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazandı

Türkiyənin Antalya şəhərində klublararası Avropa çempionatına start verilib. Sportinfo.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları 9 medal qazanıblar. "Gilan" klubunun təmsilçilərindən Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Riyad Şirəliyev (37 kq, "Qafqaz") və İlkin Fərzəlizadə (57 kq, "Gilan") finalda uduzaraq, gümüş medal qazanıblar. 


Qitə çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (33 kq, "Gilan"), Ofeliya Allahverdiyeva (41 kq, "Gilan"), İlkin Dünyamalıyev (45 kq, 2 saylı "Gömrükçü") və Elsevər İsmayılzadə (+65 kq, "Gilan") yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.

 

Klublararası Avropa çempionatına fevralın 9-da yekun vurulacaq. Fevralın 11-də isə beynəlxalq “Turkish Open” turniri başlayacaq. Dörd gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılacaq. 

Tarix: 7 Fevral 18:24    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.