Taksi sürücüsü 10 mini zorla aldı, sonra onları buraxdı

Avropa Liqasının 1/4 final mərhələsində MOİK-in qonağı olacaq “Arsenal”ını iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.

 

Sportinfo.az xəbər verir ki, bu barədə BBC-nin müxbiri Sara Reynsford şəxsi “Twitter” hesabında yazıb.

 

Taksi sürücüsü Lubyankadan Pyatnitskaya küçəsinə apardığı fanatlardan 10 min rubl (222 manat) tələb edib. Lakin fanatlar 4 km məsafə üçün bu məbləği ödəməyə razı olmayıblar.

 

Pulu ala bilməyən sürücü ingiltərəli azarkeşləri taksidə bağlı saxlayıb və onun lisenziyasının şəklini çəkməyə imkan verməyib. Çıxılmaz vəziyyətdə qalan qonaqlar 10 min rubl ödəməli olublar.

 

Bu gün MOİK-lə “Arsenal” arasında keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. İlk qarşılaşma İngiltərə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix: 12 Aprel 13:36    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.