“Ailə TV”yə hücum edən dəstənin üzvü: “Dostumun “Topaz”a 20 min borcu var idi”

Oğurluqda, quldurluqda və bu kimi ağır cinayətlərdə ittiham olunan 21 yaşlı Kamil Əliyev, 22 yaşlı Asib Kambarov, 18 yaşlı Kamran Süleymanov, 21 yaşlı Rəşad Əhmədzadə və onun həmyaşıdı Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, adları çəkilən gənclər "Ailə TV" kabel televiziyasının ofisinə basqın etdiklərinə görə həbs olunublar.

 

Dəstə üzvləri saxlanıldıqdan sonra onların başqa cinayət əməlləri törətdikləri də aşkarlanıb. Təqsirləndirilən Asib Kambarov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

 

O, istintaq dövründə yazılanlara qol çəkdiyini deyib: “Kamil mənə satlıq telefon olduğunu demişdi. Ondan telefon alanda oğurluq olduğunu bilməmişəm. Sonradan xəbər tutmuşam”.

 

Təqsirləndirilən Kamran Süleymanov ifadəsində "Ailə TV"yə basqın barədə danışıb. O, hadisə baş verən gün ofisin qapısını döyüb su istədiklərini deyib:

 

"Dedim, olar əl-üzümü də yuyum? İçəri keçəndə arxamca Kamil də ofisə girdi. Mən mühafizəçini tutub içəri apardım. Kamil də seyfdən pulları götürdü. Sonra qaçıb getdik".

 

Kamran Süleymanov həmin vaxt A.Kambarovun onların yanında olmadığını, oğurluğa isə dostu Kamilə görə getdiyini söyləyib:

 

”Savadım yoxdu, istintaqda bəlkə də səhv ifadə vermişəm. Amma həmin vaxt Asib bizim yanımızda olmayıb.

 

Bu cinayəti Kamilin ehtiyacı olduğuna görə törətmişik. Kamil dedi ki, "Topaz"a 20 min borcu var. Dostum olduğuna görə razılaşdım. Asibə isə zəng edib dedik ki, gizlənməyə ev axtarırıq".

 

Dəstə üzvü Rəşad Əhmədzadə ifadəsində heç nə xatırlamadığını söyləyib. Digər təqsirləndirilən Orxan Əliyev isə ittihamlarla özünü təqsirli bilməyib. O, lombarda edilən basqında iştirak etdiyini etiraf etsə də, heç bir cinayət törətmədiyini, çöldə dayandığını qeyd edib.

 

Məhkəmə prosesi aprelin 9-da davam edəcək. İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.

 

Bundan başqa, dəstə üzvləri Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər. İstintaq zamanı təqsirləndirilən Kamil Əliyev quldurluq törətdiyini, soyuq silah gəzdirdiyini etiraf edib, amma kimsənin sağlamlığına xəsarət yetirmədiyini deyib.

 

Asib Kambarov və Kamran Süleymanov özlərini tam təqsirli biliblər. Rəşad Əhmədzadə və Orxan Əliyev isə özlərini qətiyyən təqsirli bilmədiklərini söyləyiblər.

 

Dəstə üzvləri Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham olunurlar.

Tarix: 7 Aprel 08:36    Oxunub: 468    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.