FOTO - Mehman Xelilov dunya kubokunu uddu, erməni dəli oldu

Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya kuboku yarışları keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, kişilərin 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov və 68 kq-da Emil Həsənov bütün rəqiblərindən üstün olaraq qızıl medala sahib olub. 


Dünya kuboku yarışlarında 28 ölkədən 300-dən artıq samboçu birincilik uğrunda mübarizə aparıb. M.Xəlilov ilk görüşdə 2016-cı ilin dünya çempionu olan monqolustanlı Maral Erdene Cimeddorj ilə qarşılaşıb və agrıdıcı fənlə qalib gəlib.

 

Daha sonra mərakeşli Yasser Bohuseyni eyni üsulla üstələyib və finala çıxıb.  O, həlledici qarşılaşmada rusiyalı Artem Şerbakovla üz-üzə gəlib.

 

Hansı ki, rəqib yarımfinalda Ermənistandan olan sonuncu dünya və Avropa çempionuna - Tiqran Kirakosyana qalib gəlmişdi. Mehman rusa ağır keçən göyüşün sonunda atdığı 1 xallıq fəndlə qalib gəlir və çempion olub.

 

Bu zaman rusların şərhçisi azərbaycanlı samboçunun qələbəyə layiq olduğunu qeyd edib. Azərbaycan himni səslənərkən, fəxri kürsüdə 3-cü olan erməni özünə yer tapa bilmirmiş…


Xəlilov mayda Yunanıstanda keçiriləcək Avropa çempionatına yollanacaq. Onun hesabında hazırda 800 xal var.  


2019-cu ildə Belarusda təşkil olunacaq II Avropa Oyunlarına vəsiqə qazanmaq üçün ona daha 800 xal qazanmaq kifayətdi. 

 

Tarix: 29 Mart 19:36    Oxunub: 592    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.